Çavuşoğlu BMT baş katibinin müavini ilə Ukraynanı müzakirə edib 
    
                          
     
                         09.05.2022
 
    
                        Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini Martin Qriffitslə görüşüb.
Bu barədə nazir "Twitter" hesabında məlumat paylaşıb.
Tərəflər görüş zamanı Ukraynadakı humanitar vəziyyət və Suriyadakı əməkdaşlığı müzakirə edib.