02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəkiyə dolu, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

09.05.2022

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 9-u saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.

Mayın 8-də saat 14:00-15:00 radələrində Şəkidə leysan yağışla birlikdə xırda dənəli dolu yağıb.

Düşən yağışın miqdarı Qobustanda 38 mm, Qəbələdə 28 mm, Oğuzda 27 mm, Şəkidə 25 mm, Sarıbaşda (Qax) 23 mm, Altıağacda 17 mm, Balakəndə 16 mm, Zaqatalada 14 mm, Astara, Lerik, Xaltanda 11 mm, Ağdərədə (Ordubad) 10 mm, İsmayıllı, Şamaxı, Ağsu, Şahbuzda 8 mm, Şərurda 5 mm, Lənkəran, Ordubad, Göygöl, Göyçayda 4 mm, Yardımlı, Qusar, Qrız, Şahdağ, Zərdabda 3 mm, Culfa, Daşkəsən, Şəmkir, Tovuz, Yevlax, Beyləqan, Kürdəmirdə 2 mm, Ağdam, Mingəçevir, Quba, Tərtər, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Şabranda 1 mm, Bakı, Sumqayıtda 3 mm, Pirallahı, Maştağa, Binədə 1 mm-dək olub.

Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı davam edib.

Mayın 9-da Kür çayının yuxarı axımında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm, Qanıx çayının Cəlayir məntəqəsində 84 sm, Araz çayının Qıvraq məntəqəsində 6 sm, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqəsində 3 sm, Kürəkçayın Toğana məntəqəsində 10 sm, Şəmkirçayın Qalakənd məntəqəsində 5 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində 4 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 7 sm, Kür çayının aşağı axınında Yevlax məntəqəsində 7 sm, Zərdabda 64 sm, Surrada 10 sm, Şirvanda 10 sm, Salyan məntəqəsində isə 8 sm artım müşahidə olunub.

Şimal-qərb küləyi mayın 8-i səhər saatlarında arabir Tovuz, Naftalanda 24 m/s, Bakıda 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Binə, Neft daşlarında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Havanın maksimal temperaturu: mayın 8-də Bakıda iqlim normasından 1,5 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 16-18, Naxçıvan MR-da 17-22, dağlıq rayonlarda 7-9, aran rayonlarında 15-17 dərəcə isti olub.