02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski qələbə üçün 3 vacib məqamı açıqlayıb

09.05.2022

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin qələbə qazanması üçün üç vacib məqamı açıqlayıb.

"DM" xəbər verir ki, bu barədə Zelenski Teleqram səhifəsində paylaşım edib.

"Birincisi silahdır. İkinci Dünya müharibəsi illərində olduğu kimi, bu gün də azadlığın taleyi döyüş meydanında həll olunur. Deməli, Ukrayna tiranlığı məğlub etməyə imkan verəcək bütün silahları və bütün müdafiə vasitələrini almalıdır.

İkincisi sanksiyalardır. Maykl Makfaul və Andrey Yermakın sədrlik etdiyi xüsusi beynəlxalq ekspertlər qrupu bu müharibəyə görə Rusiyaya qarşı sanksiyaları artırmaq üçün Fəaliyyət Planı hazırlayıb. Bunun həyata keçirilməsi vacibdir.

Üçüncü vacib məqam Ukraynaya indiki maliyyə dəstəyi və müharibədən sonra bərpa olunmasına maddi yardımdır. İkinci Dünya müharibəsindən sonra Marşall Planı Avropanın yenidən qurulmasında, inkişaf və böyümə üçün yeni şəraitin yaradılmasında tarixi rol oynadığı kimi, indi də oxşar plana ehtiyac var", - Zelenski qeyd edib.