XİN Qələbə Günü ilə bağlı bəyanat yayıb  
    
                          
     
                         09.05.2022
 
    
                        9 may 2022-ci il tarixində 1941-45-ci illər İkinci Dünya müharibəsində qələbənin 77 ili tamam olur. Bu münasibətlə, bəşər tarixinin dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında əvəzsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.
"DM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 9 May - faşizm üzərində qələbə günü ilə bağlı bəyanatında qeyd olunub.