02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu şəhər 1,7 milyon dollara satışa çıxarıldı - FOTO

16.09.2018

ABŞ-ın Corciya ştatında Tumsboro şəhəri demək olar, bütünlüklə satışa çıxarılıb.
"Dövran Media" xəbər verir ki, şəhərin yeni alıcısı təkcə yaşayış binalarını deyil, mülki tikililəri - restoranı, oteli, dəyirmanı və hətta Tumsboronun məşhur opera teatrını alacaq.
Sadalananların hamısının bütünlükdə qiyməti - 1,7 milyon dollardır. Bu, ABŞ-ın bəzi digər iri şəhərləri, o cümlədən Nyu Yorkdakı mənzillərin qiyməti ilə təxminən uyğun gəlir.
Restoran, dəyirman və opera teatrı ilə yanaşı, şəhərdə Viktorian üslubda tikilmiş otel, banket zalı, pambıq saxlamaq üçün anbar, qədim kresloları olan bərbərxana, qədim bank binası, 1869-cu ildə tikilmiş dəmir yolu deposu, süni göl, artezian quyusu və işlənilməmiş boksit yataqları var. Bu obyektlər şəhərin yeni alıcısına çatacaq.