02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağdərədə Azərbaycan maşını erməni taksisi ilə toqquşub

06.05.2022

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında yerləşən Ağdərə rayonunda Azərbaycana aid yük maşını erməni taksisi ilə toqquşub.

Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

Qəza nəticəsində taksi dərəyə düşüb, "Tumo” mərkəzinin əməkdaşı olduğu bildirilən şəxs isə yaralanıb.

Qəza ilə bağlı araşdırmanı rus sülhməramlıları aparır. Qeyd olunub ki, Azərbaycan yük avtomobilini rus sülhməramlıları müşayiət edirmiş.

Qeyd edək ki, Qarabağ ərazisində rus sülhməramlılarının arxasında gizlənərək, separatizm fəaliyyətini davam etdirən Artak Beqleryan yol-nəqliyyat hadisəsini "Azərbaycan yük maşınının qarabağlı erməni taksiyə qarşı cinayəti” adlandırmaqla həyasızlığını bir daha nümayiş etdirib.