02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

340 kq yararsız şirniyyat məhv edilib

06.05.2022

Türkaz Ticaret MMC-nin şirniyyat məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, idxal olunmuş şirniyyat məhsulundan götürülən nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış ekspertizası nəticəsində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən olunub.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Agentlik tərəfindən 24.01.2022-24.01.2023-ci il tarixli, 024 partiya nömrəli, ümumi çəkisi 340 kq "Meliksakşah sultan” əmtəə nişanlı şirniyyat məhsulu partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilib. Sözügedən məhsul partiyası Təhlükəli Tullantılar MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.