Ankarada Əhməd Cavadın heykəli açılıb  
    
                          
     
                         05.05.2022
 
    
                        Ankarada Azərbaycanın istiqlal şairi Əhməd Cavadın heykəlinin açılışı olub.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "Twitter” hesabında paylaşım edib.
"Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın 130-cu doğum gününə həsr olunmuş anım mərasimi və heykəlinin açılış mərasimi keçirilib”, - deyə R.Məmmədov bildirib.