02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Türkiyə nə qədər güclü olarsa, bir o qədər də Azərbaycan güclü olacaq”

15.09.2018

"Bizim birliyimiz hər bir sahədə özünü göstərir. O cümlədən,  hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə  dəfə müştərək hərbi təlimlər keçirilir. 
Bu gün Azadlıq Meydanında Türkiyə və Azərbaycan ordularının əsgərləri yan-yana dayanıb və bu gün bizim önümüzdən onlar qardaş kimi keçəcəklər”.
"Dövran Media"nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışı zamanı deyib.
Ölkə başçısı qeyd edib ki, Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçib.
"Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz.
Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, bir o qədər də Azərbaycan güclü olacaq”.