29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir müavini: “60 minə qədər şəxsə əlillik yenidən təyin edilib”

05.05.2022

"2020-2022-ci illər üzrə əlillik müddəti uzadılan şəxslər üzrə 60 minə qədər şəxsə əlillik yenidən təyin edilib”.

"DM" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, 5 illik müddət bitəndən sonra əlillik təkrar qiymətləndirilməlidir: "Nazirliyin təşəbbüsü ilə hazırlanmış və Milli Məclis tərəfindən təsdiq olunan qanuna görə əlillik təyinatı yenidən olana qədər müddət ərzində vəsait verilir. Ötən müddət ərzində 12 min əlillik təyinatı üzrə bu müddəa tətbiq edilib və ödənişlər həmin şəxslərə təqdim olunub”.