29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda aksiyada ölən və saxlanılanların sayı məlum olub

05.05.2022

Polis Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda 180 nəfəri saxlayıb.

"DM" "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə "Müqavimət” Hərəkatının liderlərindən biri İşxan Sağatelyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən 40-ı İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Bundan başqa, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiya iştirakçılarından biri vəfat edib. O, paytaxtdakı Fransa meydanında qurulan çadırda gecələyirmiş.

İrəvan Dövlət Tibb Universitetinin Aparat rəhbəri Şuşan Danielyan piket iştirakçısının ürəktutmasından öldüyünü açıqlayıb.