09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ukrayna iki istiqamətdə əks-hücuma başlayıb

05.05.2022

Ukrayna ordusu Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

"DM" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli ilə görüşü zamanı Ukraynadakı operativ vəziyyəti müzakirə etdiklərini bildirib:

"Ənənəvi şəkildə amerikalı həmkarımı operativ vəziyyətlə bağlı məlumatlandırdım. Xüsusilə, düşmənin əsas səylərini Luqansk istiqamətinə - Popasnaya, Kremennaya və Torski bölgələrində şiddətli döyüşlərin davam etdiyi əraziyə yönəltməsi, habelə Ukrayna müdafiə qüvvələrinin Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına keçməsi haqqında məlumat verdim”.