02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusların “müharibə simvolu” Mariupolda

05.05.2022

Rusiya müvəqqəti işğal olunmuş Mariupolda Rusiyaya dəstək simvolu kimi Sovet İttifaqının bayrağını əlində tutan yaşlı qadın heykəlini qoyub.

Bu barədə Mariupol meri Petr Andryuşenko deyib.

O bildirib ki, ruslar Donetsk vilayətinin kənd və qəsəbələrində giriş lövhələrini də dəyişdirməyə başlayıblar:

"Dünən Rusiya Prezidenti Administrasiyasının birinci müavini Sergey Kiriyenko və Vahid Rusiya Partiyasının Ali Şurasının katibi Andrey Turçak Mariupolda olublar. Onlar indi inadla "Lenin komsomolu” adlandırdıqları Azad döyüşçülər meydanında SSRİ bayrağını əlində tutan nənə heykəlinin açılışını ediblər”.

Andryuşenko əlavə edib ki, Turçak çıxışı zamanı Rusiya ilə Ukrayna arasında müharibənin 8 ildir davam etdiyini bildirib və mayın 9-da Mariupolda parad keçiriləcəyini elan edib.

Qeyd edək ki, Ukraynanın Xarkov vilayətinin Dvureçensk rayonunda yaşayan Anna Rusiyanın Ukraynada apardığı müharibənin simvoluna çevrilib. Səbəb isə odur ki, o, sovet bayrağı ilə ukraynalı hərbçilərin önünə çıxıb, hərbçilər bayrağı yerə atanda isə təklif edilən ərzaq payından imtina edib və və bayrağı qaldıraraq, "Bu bayraqla atam faşistlərə qarşı döyüşmüşdü” deyib.