28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azıxda oğurluq: 2 ton metal tullantı aşkarlanıb

04.05.2022

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları Azıx kəndi ərazisində xidmətdə olan zaman Altay Səfərəliyev, İlkin Məmmədov və Hümbət Səfərəliyevin idarələrində olan "Ford” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar.

Avtomobilə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları çəkisi 2 ton olan metal tullantılar aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.