03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus ordusu 100-dən çox itki verib, əsirlər var

04.05.2022

Zaporojye vilayətində həlak olan 100-dən çox rus hərbçisinin cəsədi Qorlovka morquna çatdırılıb, bir qrup rus isə Zaporojye istiqamətində əsir götürülüb.

Bu barədə Zaporojye regional hərbi idarəsi məlumat yayıb.

"Zaporojyedə rus qoşunları Orexov istiqamətində hücum əməliyyatı həyata keçirdilər, lakin yenə də uğursuz oldular. Orda həlak olan 100-dən çox rus hərbçisinin cəsədi Qorlovka (Donetsk vilayəti - red.) mərkəzi morquna çatdırılıb. Bundan əlavə, Zaporojye istiqamətində müdafiəçilərimiz bir qrup rusiyalını də əsir götürüb”,- məlumatda deyilir.