Belarus orduda qəfil yoxlamalara başlayıb  
    
                          
     
                         04.05.2022
 
    
                        Belarus Silahlı Qüvvələrində reaksiya qüvvələrinin qəfil yoxlaması başlayıb.
Bu barədə Belarus Müdafiə Nazirliyi Teleqram kanalında məlumat yayılıb.
Yoxlanışın məqsədi şəxsi heyətin mümkün böhrana operativ reaksiya verməyə hazırlığını və qabiliyyətini qiymətləndirməkdir.
"Belə tədbirlər qoşun hazırlığının ən effektiv formalarından biridir, nə bütövlükdə Avropa ictimaiyyəti, nə də konkret olaraq qonşu ölkələr üçün heç bir təhlükə yaratmır. Əhəmiyyətli sayda hərbi texnikaların yerdəyişməsi planlaşdırılır. Bu da ictimai yollarda hərəkəti çətinləşdirə bilər”, - məlumatda qeyd olunub.