02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var-VİDEO+YENİLƏNİB

03.05.2022

Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda saxlanılanların sayı 70-ə çatıb.

” DM"Sputnik Armenia”ya istinadən xəbər verir ki, onların arasında müxalifətin tanınmış fəalları da var.

Məlumata görə, saxlanılardan biri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryandır.

Müxalifət liderləri İrəvanda eyni vaxtda 20 mitinqin keçirildiyini vurğulayıblar.
 
10:35
Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirilir.

"DM” "Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət lideri İşxan Saqatelyanın rəhbərlik etdiyi "Müqavimət” hərəkayının üzvləri şəhərdə yürüş keçirirlər. Onlar avtomobillərin hərəkətinə əngəl yaradırlar.

Etirazçılar "Həmrəylik”, "Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.

Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb.

Məlumata görə, indiyədək ölkədə "Vətən” partiyasının 30-a yaxın üzvü saxlanılıb. Onların arasında partiyanın idarə heyətinin üzvləri də var.

Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər.