01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəşfiyyat: Rusiya bu ölkəyə hücum qərarı verib

02.05.2022

Rusiya Moldovaya hücum qərarı qəbul edib. Kreml artıq hücum üçün dəqiq plan hazırlayıb.

Bu barədə Ukrayna kəşfiyyatındakı mənbəyə istinadla "Tayms” nəşri yazıb.

"Əgər bu baş verərsə, Kreml Donbas ssenarisini təkrarlayacaq”, - nəşr qeyd edib.

Mənbə bildirib ki, biz Kremlin Moldovaya hücum qərarı verdiyini hesab edirik:

"Moldovanın taleyi çox önəmlidir. Əgər Rusiya o əraziləri nəzarətə götürsə, Ukrayna yüngül hədəfə çevriləcək.

Əgər Rusiya Dnestryanının müstəqilliyini tanısa, bu artıq Moldovanın ərazi bütövlüyünü pozmaq və birbaşa təhdid olacaq. Donbass ssenarisinin təkrarıdır. Sonra onlar böyük silah göndərəcək, daha sonra ərazini Rusiyaya birləşdirməyə çalışacaqlar”.

O bildirib ki, Moldovanın işğalı Ukraynanın qərb tərəfdən də işğalına yol açacaq.