01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski ona edilən sui-qəsd cəhdlərindən danışıb

02.05.2022

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, ona qarşı hazırlanan sui-qəsd cəhdləri o qədər də qorxulu deyil, lakin bütün dünyanın onun siyasətinə münasibətinə görə Rusiya prezidentinin daha çox problemləri var.

"DM" xəbər verir ki, o, bu barədə Avstraliyanın "Nayn Netvork" telekanalına müsahibəsində bildirib.

Jurnalistin ona qarşı 10 sui-qəsdin qarşısının alınması faktını necə şərh edə biləcəyini soruşduqda, Zelenski belə cavab verib:

"Bu, o qədər də çox deyil. Belə çıxır ki, bunu on nəfər istəyir. Ona görə də bu, o qədər də qorxulu deyil. Məncə, insanların zirzəmilərdə gizlənməsi, insanlara işgəncə verilməsi və d. bu kimi hallara baxanda mənim vəziyyətim o qədər də dəhşətli deyil. Mən xalqımız üçün qorxuram və xüsusən də yaxınlarını itirmiş ailələr üçün qorxuram".

O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra o, hətta Ukraynada qalmağından belə çəkinməyib:

"Düzünü desəm, burdan getmək barədə heç düşünmədim. Bəli, ölkəni tərk etmə təklifləri partnyorlardan idi. Çoxlu müxtəlif təkliflər oldu, amma bu barədə düşünmədim. Mən dəqiq bilirdim ki, bu, dövlətimizə güc verməyəcək".