02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu Maduro ilə görüşüb

30.04.2022

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Venesuela səfəri çərçivəsində bu ölkənin prezidenti Nikolas Maduro ilə görüşüb.

"Devran Media" xəbər verir ki, görüşdən sonra tərəflər mətbuata birgə açıqlama verib.

Çavuşoğlu Venesuela ilə Türkiyə arasında 7 sənədin imzalandığını bildirib:

"Biz Venesuelaya hər zaman inandıq və yanında olduq. Xüsusilə bu dövrdə iqtisadi əməkdaşlığımız sürətlə artdı. İki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ildə əvvəlki ilə nisbətən təxminən 300 faiz artıb. Aradakı məsafəyə baxmayaraq, Türkiyə olaraq bu gün Venesuela ixracatında birinci yerdəyik. Bu il də ticarət həcmini 1,5 milyard dollara çatdırmağı planlaşdırırıq”.