02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski: Rusiya o ərazini yerlə yeksan edir

30.04.2022

Rusiyanın bütün Donbası yerlə-yeksan etmək üçün kifayət qədər artilleriya və aviasiya var.

"DM" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Donbasda işğalçılar həyatı məhv etmək üçün hər şeyi edirlər. Daimi amansız bombardmanlar, infrastruktura və yaşayış məntəqələrinə davamlı hücumlar Rusiyanın bu ərazini insansız məkana çevirmək istədiyini göstərir.

Ona görə də torpağımızı, xalqımızı qorumaq sözün əsl mənasında həyat uğrunda mübarizədir. Rusiya qoşunlarının xarabalığa çevirmək istədiyi Lisiçansk, Severodonetsk, Popasnaya, Kramatorsk, Slavyanskaya, Marinka və Donbasın bütün digər şəhərləri və icmaları üçün hər şey bu müharibədə həll olunur”, - deyə prezident bildirib.