02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Frederik Foun:"Şuşadakı bərpa işləri böyük təəssürat yaradır"

29.04.2022

"Şuşada və Azərbaycanın azad olunmuş başqa ərazilərində görülən bərpa işlərinin sürəti təqdirəlayiqdir".

Bunu "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən Şotlandiyanın Sent-Endryus Universitetinin professoru Frederik Foun bildirib.

Britaniyalı professor aprelin 28-də, konfransın ilk günü Şuşa şəhərinə səfərlə bağlı təəssüratlarını bölüşüb:

"Bu, Cənubi Qafqaz regionunun tarixi üçün də mühüm məqamdır. Şuşa məndə böyük təəssürat yaradıb. Buradakı tikinti işlərini, şəhərlərin gələcək planlarını gördük. Bərpada istifadə olunan yeniliklər, texnologiyalar da məni heyran etdi”.

Professor onu da vurğulayıb ki, səfər zamanı onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə prosesi ilə bağlı çox şey öyrəniblər: "Bu baxımdan, beynəlxalq əməkdaşlığa ehtiyac var, bu, insanlar üçün çox həssas məsələdir”.

Britaniyalı qonaq həmçinin bu gün Prezident İlham Əliyevin konfrans iştirakçıları ilə görüşdəki çıxışının onda böyük təəssürat yaratdığını deyib: "Bu, çox mühüm sessiya idi. Prezident nəinki Cənubi Qafqazdakı vəziyyətlə bağlı, həm də qonşu ölkələr və dünyanın başqa ölkələrilə münasibətlərə dair çox aydın və dəqiq fikirlər söylədi”.