30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mərkəzi Bankın sədrindən ediləcək yeniliklərlə bağlı açıqlama

29.04.2022

"Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə vəzifəyə təyin edilə və ya vəzifədən azad edilə bilər”.

Bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında AMB-nin İdarə Heyətinin üzvləri ilə bağlı sualı cavablandırarkən deyib.

O əlavə edib ki, artıq təşkilatı məsələlərlə paralel olaraq Mərkəzi Bankın mandatına uyğun olaraq komanda ilə müzakirə və təhlillərə başlanılıb:

"Qısa və orta müddətdə pul bazarının inkişafına fokuslanmışıq. Əsas istəyimiz manatın gəlirliliyinin daha effektiv işlənməsinin təmin edilməsidir, faizlərin iqtisadiyyata transmissiyasının artırılmasıdır.

Həmçinin, ödəniş sistemlərinin təhlükəsiz inkişafına dair qanun bazası üzərində işlər aparılır. Ümumilikdə, həm sığorta və bank sektorunu, eləcə də digər maliyyə sektorları üzrə yeni qanunvericilik bazası təqdim ediləcək”.