30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Azərbaycan-Çin əlaqələrindən danışıb

29.04.2022

"Azərbaycan və Çin əlaqələri strateji əhəmiyyət daşıyan əlaqələrdir”.

Bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

İlham Əliyev deyib ki, iki ölkə arasında münasibətlər uğurla inkişaf edir.

Prezident Çin sədri Si Cinpinin Azərbaycanın çox yaxşı dostu olduğunu vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Çindən Xəzər dənizi və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər qəbul etməyə başlayıb.

"Lakin bunun həcmi böyük deyil. Biz aydın başa düşürük ki, Çin təchizat marşrutlarını müxtəlif mənbələr hesabına diversifikasiya edib. Biz sadəcə cəhd edirik ki, öz marşrutlarımızı da daha cəlbedici edək”, - deyə İlham Əliyev əlavə edib.

Prezident qeyd edib ki, Azərbaycan Çin şirkətlərindən Xəzər dənizi üzərindən orta dəhlizin inkişafı üçün bir neçə müraciət alıb: "Bu, bizim üçün yeni imkandır”.