30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şeyx bayram namazında iştirak etməyəcək?

29.04.2022

Mayın 2-də Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınacaq.

"DM" Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyəcəyi gözlənilir.

Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.

Qeyd edək ki, Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar.

Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.