01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağda doqquz kənd və qəsəbədə yaşayış məntəqələrinin salınmasına başlanılır

29.04.2022

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Füzuli rayonunun Dədəli (1) və Pirəhmədli (2), Kəlbəcər rayonunun Zallar (3) və Yanşaq (4), Xocavənd rayonunun Tuğ (5) və Hadrut (6), Cəbrayıl rayonunun Xudafərin (7), Kəlbəcər rayonunun Zar (8) və Laçın rayonunun Şəlvə (9) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə bağlı elan etdiyi doqquz açıq tenderə yekun vurub.

"Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "BİMD” QSC (1-4-cü tenderlər), "REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin yerli filialı (5-6-cı tenderlər), "Bureau Mühit” MMC (7-9-cu tenderlər) olub.

Qalib şirkətlərə müvafiq olaraq 1,53 milyon manat, 4,366 milyon manat və 848 min manat, ümumilikdə isə 6,744 milyon manat ödəniləcək.