02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynalı xain deputat hakim partiyadan qovulub

28.04.2022

Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyası vətənə xəyanətdə şübhəli bilinən deputat Aleksey Kovalyovun fraksiya üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.

"DM"xəbər verir ki, bu barədə Xalqın Xidmətçisi Partiyasından məlumat verilib.

"Xalqın Xidmətçisi Partiyası və partiyanın Ukrayna Ali Radasındakı fraksiyası Aleksey Kovalevin fraksiyadakı üzvlüyünün dayandırılması ilə bağlı birgə qərar qəbul edib və Kovalyovun müvəqqəti işğal olunmuş ərazidə olması və işğalçı qüvvələrlə əlaqəsi ilə bağlı bütün faktların və halların hərtərəfli araşdırılması və müvafiq cinayət işinin başlanması üçün Ukrayna Baş prokuroruna, Ukrayna Təhlükəsizlik Xidmətinə müraciət ünvanlanıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Kovalyov hazırda könüllü olaraq Ukraynanın nəzarət etmədiyi ərazidədir, eləcə də Ali Radanın iclaslarına gəlmir, səsvermələrdə iştirak etmir.