03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BDU-nun professoru vəfat edib

28.04.2022

Bakı Dövlət Universitetinin (BDU) professoru vəfat edib.

BDU-dan verilən məlumata görə, Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə dünyasını dəyişib.

O, 1994-2011-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasında dosent, 2013-2016-cı illərdə Rus ədəbiyyatı tarixi kafedrasında professor əvəzi, 2016-cı ildən Rus ədəbiyyatının tarixi kafedrasının professoru vəzifələrində çalışıb.

L.Gərayzadə elmi-pedaqoji fəaliyyəti dövründə 120-dən çox elmi məqalə, 10-dan çox kitab, metodik göstəriş və proqramın müəllifi olub.