03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ata Abdullayev kassasiya şikayəti verib

28.04.2022

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-"jurnalist” Ata Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Bu barədə onun vəkili Telman Abdıyev bildirib.

O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.