03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“COVID vaksinləri mövsümi peyvənd kimi istifadə oluna bilər”

28.04.2022

"COVID-19-a qarşı istifadə olunan vaksinlərin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur”.

"DM" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazir bildirib ki, Hans Klugenin səfəri zamanı da bu məsələ geniş müzakirə olunub: "Gözləntilər elədir ki, kollektiv immunitet nəticəsində ola bilsin ki, pandemiyanın sona çatdığı elan olunsun. Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa, ola bilsin ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”.