06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pavel Kirilenko : “Mariupol düşmənə təslim edilməyib”

27.04.2022

"Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri bu il martın 1-dən tam blokadadadır. Buna baxmayaraq, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Küçə döyüşləri gedir. Mariupol Ukraynadır”.

Bunu Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

"Düşmənin nə deməsindən, necə feyk məlumatlar yaymasından asılı olmayaraq, Mariupol şəhəri düşmənə təslim edilməyib. Təəssüf ki, Rusiyanın Mariupolda törətdiyi soyqırımı nəticəsində təxmini hesablamalara görə, on minlərlə dinc sakin həlak olub”, - deyə P. Kirilenko əlavə edib.