06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvanda Paşinyanın həbs olunması tələbi ilə aksiya keçirilib

27.04.2022

44 günlük müharibə zamanı ölən hərbçilərin valideynləri İrəvanda Ermənistan Baş Prokurorluğunun qarşısında aksiya keçirib.

"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın həbs olunmasını tələb ediblər.

Etirazçılar Baş Prokurorluq Paşinyanı təqsirləndirilən şəxs kimi istintaqa cəlb etməyənə qədər dağılışmayacaqlarını bəyan ediblər.

Xatırladaq ki, artıq bir neçə gündür Nikol Paşinyanın istefası tələbi ilə Ermənistanın bir neçə şəhərində aksiyalar keçirilir.