06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜTT Rusiyanı üzvlükdən çıxarıb

27.04.2022

Ümumdünya Turizm Təşkilatı Rusiyanın üzvlüyünü dayandırdığını elan edib.

"DM" xəbər verir ki, bu barədə qurumun Tvitter səhifəsində məlumat verilib.

"Rusiya Ümumdünya Turizm Təşkilatından çıxmaq niyyətini açıqlayıb. Müvafiq proses izlənilməlidir və onun başa çatması bir il çəkəcək. Amma dayandırma dərhal qüvvəyə minir!” – məlumatda deyilir.

Qeyd edək ki, Təşkilatın İcraiyyə Şurası martın əvvəlində Rusiyanın üzvlüyünün dayandırılmasını müzakirə etmək üçün tarixdə ilk iclas keçirmişdi. Müharibə başlayandan sonra belə bir təşəbbüslə Qvatemala, Litva, Polşa, Sloveniya və Ukrayna çıxış etmişdi.