04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Orxan Fikrətoğlu bu televiziyada ÇALIŞACAQ

13.09.2018

İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni mövsümdən etibarən daha bir tanınmış telejurnalistlə tamaşaçı görüşünə gəlir.
Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, publisist, teleaparıcı Orxan Fikrətoğlu "Halbuki” adlı yeni telelayihədə günün əsas xəbərini şərh edəcək.
Bir sıra uğurlu layihələrin müəllifi olan Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunu tamaşaçıları artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirindən izləyə biləcəklər.
Xüsusilə dövlətçiliyin təməl prinsiplərinin qorunmasına xidmət edəcək "Halbuki” prioritet əhəmiyyət kəsb edən mövzuları İctimai Televiziya efirinə daşıyaraq auditoriyanın maarifləndirilməsinə çalışacaq.
Televiziyanın İnformasiya Departameninin nəzdində yer alacaq veriliş 17-sentyabrdan etibarən həftə içi hər gün saat 20:50-də efirə çıxacaq.