29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda iki qız metro tunelinə düşüb

27.04.2022

Bu gün günorta saatlarında sərnişinlər metronun "20 Yanvar” stansiyasında "Dərnəgül” xətti üzrə hərəkət edən qatarı 10 dəqiqədən çox gözləyiblər. 10 dəqiqənin tamamında isə monitorlar sönüb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, iki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıb:

"Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə "20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb”.