29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayramov: “Ermənistanla təmaslarımız nəticəsində bəzi nəticələr var”

27.04.2022

"Azərbaycan və Gürcüstan arasında beynəlxalq çərçivədə də çox uğurlu əməkdaşlıq mövcuddur”.

"DM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.

Nazir bildirib ki, bu koordinasiya gələcəkdə də davam etdiriləcək: "Bu gün görüşdə azad edilən ərazilərlə bağlı son bir il ərzində həyata keçirilmiş layihələr, onların mövcud durumu, yaxın illərə olan planlarımız, məcburi köçkünlərin ora qayıdışı ilə bağlı layihələr qarşı tərəfə çatdırıldı. Münaqişəyə son qoyulandan sonra bizim üçün prioritet məsələlərdən biri bölgədə davamlı sülhün təmin edilməsidir. Bununla bağlı da həmkarımla danışıqlar aparmaq imkanım oldu. Artıq Ermənistan XİN-lə təmaslarımız nəticəsində bəzi nəticələrimiz var. Mənim artıq Ermənistanın xarici işlər naziri ilə 2 telefon danışığım olub. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Komissiyanın fəaliyyətə başlaması üçün artıq şərait mövcuddur”.