Azərbaycan neftinin qiyməti artıb  
    
                          
     
                         27.04.2022
 
    
                        					Dünya bazarında "Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
"DM" xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 4,62 ABŞ dolları, yaxud 4,53% artaraq 106,72 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.