30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Emin Ağalarovun lüks malikanəsinin görüntüləri – FOTO

27.04.2022

Hovuz, spa, hamam, bilyard otağı və lifti olan malikanə... Bütün bunlar "Star Hit”in Azərbaycan Respublikasının Xalq artisti Emin Ağalarovundəbdəbəli malikanəsindən hazırladığı reportajda əks olunub.

Malikanə artistin özünə məxsus olan elit "Agalarov Estate” qəsəbəsində yerləşir.

42 yaşlı musiqiçinin hamının həsəd aparacağı şəkildə inşa olunan villasının birinci mərtəbəsindən növbəti mərtəbəyə aparan iki pilləkən var.



Divarlar, döşəmələr, tavanlar, qapılar - hamısı ağ rəngdədir. Demək olar ki, hər küncdə yastıqlı divanlar və mini masalar var. Güldanlar və pərdələr də açıq çalarlardır.



Nəhəng qonaq otağı, şüşə stollu mətbəx, idman zalı, hovuz, spa... - Eminin malikanəsi sanki bahalı beşulduzlu hoteldir.



Ağalarovun villasında həmçinin lift, bilyard otağı və sauna da var.

"Mən hər zaman çoxlu uşağımın olacağını planlaşdırmışam və planlaşdırıram. Onları isə harasa yerləşdirmək lazımdır. Bütün uşaqların dayələri, evdə işləyən işçiləri var”, - deyə müğənni izah edib.

Qeyd edək ki, məşhur ifaçının dörd övladı var.