29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İmişlidə itkin düşən azyaşlı tapılıb

27.04.2022

İmişlidə itkin düşən azyaşlı tapılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, aprelin 26-sı axşam saatlarında rayon sakini Y.Rəhimov İmişli Rayon Polis Şöbəsinə (RPŞ) övladının itməsi barədə məlumat verib.

RPŞ-nin və İmişli Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.

Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılıb və o, tam sağlam olaraq ailəsinə təhvil verilib.