07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mehriban Əliyevaya müraciət: Nigarı da xilas edin...

13.09.2018

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib.
"Dövran Media" xəbər verir ki, müraciətdə Nigar İsmayılqızının vəziyyətinin getdikcə ağırlaşdığı bildirib.
Müraciət mətnində Mehriban xanım Əliyevanın çətin vəziyyətdə olan insanlara dəfələrlə yardım etməsi vurğulanıb və jurnalistin müalicəsi üçün Birinci vitse-prezidentdən kömək istənilib.
Bundan başqa, Nigar İsmayılqızının Azərbaycanda, Türkiyədə tanındığı və öz imzası ilə yüzminlərlə insanın sevimlisinə çevrildiyi qeyd edilib.
Müraciəti bir çox ölkə ziyalısı, tanınmış şəxslər və KİV nümayəndələri imzalayıblar.
Xatırladaq ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilib.