30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir ölkə Rusiya aktivlərini dondurub

26.04.2022

Litva AB-nin tətbiq etdiyi sanksiyalar fonunda Rusiyanın 20 milyon avrodan çox, eləcə də yüz minlərlə rubl dəyərində aktivlərini dondurub.

"DM" xəbər verir ki, bu barədə Maliyyə cinayətlərinin araşdırılması xidmətinin məlumatında deyilir.

"Litvada AB-nin Rusiya və Belarusla bağlı tətbiq etdiyi maliyyə sanksiyaları fonunda dondurulmuş vəsaitlərin ümumi məbləği 20,278 milyon avro, 3,419 milyon dollar və 546 min Rusiya rublundan çoxdur”, - məlumatda deyilir.

Qeyd olunur ki, Litvada "Yeni İnsanlar” fraksiyasının lideri Aleksey Neçayev, "Severstal”ın həmtəsisçisi Aleksey Mordaşov, iş adamı Andrey Melniçenko, Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev, həmçinin Vitali Savelyevlə əlaqə qurduğuna görə Litvada yeddi hüquqi şəxsə və "Rosneft”in rəhbəri İqor Seçinə qarşı sanksiyalar tətbiq edilib.