30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Latviyanın müdafiə nazirini qəbul edib

26.04.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.

"DM" xəbər verir ki, görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib. İqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan-NATO əlaqələrinə toxunulub, Prezident İlham Əliyevin ötən il NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri, Baş katib Yens Stoltenberq ilə görüşü və Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlanıb, Azərbaycanın NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakı vurğulanıb.

Görüşdə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, bu baxımdan ötən il keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının Sammitinin əhəmiyyəti qeyd edilib.

Qonaq ikinci Ermənistan-Azərbaycan müharibəsində əldə etdiyimiz Qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.