05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya Ukraynaya “Hepard” göndərəcək

26.04.2022

Almaniya federal hökuməti Ukraynaya "Hepard” zenit qurğularının göndərilməsinə icazə verməyə hazırlaşır.

"DM" xəbər verir ki, bu barədə "Spigel” məlumat yayıb.

"Müdafiə naziri Kristian Lambrext Ramşteyn bazasında Ukrayna ilə bağlı keçiriləcək konfransda Almaniyanın bu ölkəyə "Hepard” zenit raket sistemlərinin göndərilməsinə icazə vermək istədiyini elan edəcək. Bu, Almaniyanın "Leopard” tankının bazasında yığılmış zenit raket qurğusudur”, - məlumatda qeyd olunub.

Bundan başqa, Lambrext ukraynalı hərbçilərə Niderlandın göndərmək istədiyi "Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusunu idarə etməyi öyrədəcəklərini də bəyan edəcək.