04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ruslar özlərini itirib, hər yerə hücum edir

26.04.2022

Rusiya ordusu Ukraynada cəbhə xəttinin bütün istiqamətlərindən hücuma keçib.

"DM" xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O, rusların bu qərarını olduqca qəribə adlandırıb:

"Düşünməyə başlayıram ki, bəlkə Xristo Qrozev (araşdırmaçı jurnalist - red.) doğrudan da haqlıdır, Vladimir Vladimiroviç (Putin) bütün əməliyyatlara şəxsən nəzarət etmək qərarına gəlib. Hərbi baxımdan bu, ən böyük axmaqlıqdır, amma həqiqətən də onlar hər yerə hücum etməyə çalışırlar”, - o bildirib.

Arestoviç qeyd edib ki, hücum təkcə Donbasda deyil, Xerson vilayətindən Krivoy Roq istiqamətində də qeydə alınıb:

"Bundan əvvəl Zaporojye və Nikolayev yaxınlığında da düşmən fəallığı qeydə alınmışdı”.