03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əl-Qaidə xeyli sayda vaqnerçini əsir götürüb

26.04.2022

Əl-Qaidə terror təşkilatının "Sahel” bölməsi Malidə Rusiyanın "Vaqner” qruplaşmasının xeyli döyüşçüsünü əsir götürüb.

Bu barədə Əl Qaidəyə məxsus "Əl Zəllak” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, "Vaqner” döyüşçüləri aprelin birinci həftəsində Moura kəndində Mali ordusu ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində çoxlu sayda dinc sakin öldürüblər.

Bununla da Əl-Qaidə ilk dəfə olaraq Malidə vaqnerçilərin olması ilə bağlı açıqlama verib.

Malidəki hərbi administrasiya isə hərbçilərin "Vaqner” qrupu ilə əməkdaşlıq etdiyinə dair iddiaları qəti şəkildə rədd edib.