04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna ABŞ-dan milyardlarla dollar iqtisadi yardım istəyib

26.04.2022

Ukrayna ABŞ administrasiyasından ayda ən azı 2 milyard dollar fövqəladə iqtisadi yardım istəyir və bunu onunla əsaslandırır ki, vəsait olmasa, ölkədə humanitar böhran daha da pisləşə bilər.

Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.

Marçenkonun dediyi kimi, bu pul pensiyaların ödənilməsi, səhiyyə və təhsil işçilərinin maaşları, eləcə də digər humanitar ehtiyaclar üçün lazımdır.

"Biz lazımi maliyyəni cəlb etmək və bu müharibədə qalib gəlmək üçün bu boşluğu dərhal doldurmalıyıq”, – deyə nazir qeyd edib.

Marçenko Vaşinqtona səfəri zamanı amerikalı rəsmilərlə görüşlərdə bəyan edib ki, Kiyevin aprel, may və iyun aylarında təcili xərclərini ödəmək üçün ayda ən azı beş milyard yardıma ehtiyacı var və bunun da iki milyard dollarının ABŞ-dan ayrılmasını istəyir. Bundan əlavə, ölkənin yenidən qurulması üçün daha uzunmüddətli ehtiyaclarla bağlı gələcəkdə daha bir müraciət gözlənilir.

Mənbə: Lenta.ru