03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qənirə Paşayeva Zahid Xəlilovu təbrik edib

26.04.2022

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair, professor Zahid Xəlilovu 80 illik yubileyi münasibəti ilə təbrik edib.

"DM" xəbər verir ki, Q.Paşayeva Komitə adından Z.Xəlilovun yubileyinə təbrik məktubu ünvanlayıb.

Məktubda bildirilir:

"Siz çağdaş Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, şair və pedaqoqsuz. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, filologiya elmləri doktoru, ADPU-nun "Ədəbiyyatın tədrisi metodikası” kafedrasının professorusuz.

Sizin zəngin yaradıcılığınız, səmərəli fəaliyyətiniz elmi-pedaqoji və ədəbiyyat ictimaiyyətinə yaxşı məlumdur.

Siz 60 ilə yaxındır ki, Pedaqoji Universitetdə fəaliyyət göstərirsiz. Sizi 80 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”.

MM Mədəniyyət Komitəsi sədri Zahid Xəlilova Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.