Gürcüstanın XİN başçısı Azərbaycana gəlir  
    
                          
     
                         26.04.2022
 
    
                        Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili 26-27 aprel tarixində Azərbaycana rəsmi səfər edəcək.
"DM" xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
İ.Darçiaşvili səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclis sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşlərdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.