07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan ordusu SAVAŞA HAZIRLAŞIR

13.09.2018

Ermənistan Baş naziri Nikol Paşinyan "İldırım 2018” təlimi çərçivəsində Müdafiə Nazirliyini ziyarət edib.
"Dövran Media" xəbər verir ki, burada keçirdiyi qısa brifinqdə Paşinyan təlimin əsas məqsədinin dövlət orqanlarının sülh şəraitindən hərbi əməliyyatlar vəziyyətinə keçidinin hazırlanması olduğunu bildirib. O, ən pis ssenari əsasında ordunun ən yaxşıya hazırlanacağı vurğulayıb.
Paşinyan qeyd edib ki, bu ssenari Ermənistan üçün Aprel savaşının bir daha təkrarlanmasına imkan verməcəyəcək.
Qeyd edək ki, Ermənistan 11 sentyabrdan etibarən komanda qərargah təlimi keçirir. Təlimə Paşinyanın özü rəhbərlik edir. Təlimdə özəlliklə regionda vəziyyətin pisləşməsi, Azərbaycanın Qarabağa hücumu, Ermənistanın sərhəd kəndlərini atəşə tutması, Türkiyənin Azərbaycana yardımı və bu məqamda Ermənistanın KTMT-yə müraciət ssenarisi işlənilir.