10 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

FTX Solovyovu öldürmək istəyənləri saxlayıb

25.04.2022

Kiyevin göstərişi ilə rusiyalı jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran neonasistlər saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

"FTX Rusiya İstintaq Komitəsi ilə birlikdə ölkədə qadağan edilmiş "National Socialism/White Power” neonasist terror təşkilatının bir qrup üzvünü saxlayıb. Onlar Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə ictimai xadim, tanınmış jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran Rusiya vətəndaşlarıdır”, - məlumatda deyilir.

Qeyd olunur ki, axtarışlar zamanı 8 ədəd "Molotov kokteyli” tipli yandırıcı vasitə, 6 ədəd PM tapançası, 1 ədəd ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, mindən çox müxtəlif çaplı patron, narkotik vasitə, saxta Ukrayna pasportları tapılıb:

"Qrup üzvləri Solovyovun qətlinin hazırlanması ilə bağlı ifadə veriblər. Onlar qətldən sonra xaricdə gizlənməyi planlaşdırıblar”.